Bakıda qətlə yetirilərək bədəni bir neçə hissəyə bölünmüş qadının başı tapılıb

Bakıda qətlə yetirilərək bədəni bir neçə hissəyə bölünmüş qadının başı tapılıb
# 19 mart 2013 13:20 (UTC +04:00)

Bu barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, qadının başı Saray qəsəbəsində yerləşən qəbiristanlıqda torbada aşkar edilib. Aşkar edilən baş müayinə üçün ekspertizaya göndərilib. Hazırda mərhumun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, martın 13-də Bakıda “Baksol yolu” adlanan ərazidəki zibillikdə qadın meyiti tapılıb. Tapılan meyitin başı, iki qolları və sol ayağı kəsilib. Meyitin daxili orqanları da çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR