Dow Jones indeksi 0,1%, S&P 500 0,1%, Nasdaq 0,1% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,1%, Nasdaq 0,1% enib
# 28 dekabr 2012 06:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Dekabrın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 096 bəndədək, S&P 500 0,1% - 1 418 bəndədək, Nasdaq 0,1% - 2 986 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə bir sıra mənfi makroiqtisadi göstəricilər təsir edib. O cümlədən, məlum olub ki, dekabr ayında istehlakçıların etimadı indeksi noyabrla müqayisədə 8,6 bənd və ya 11,7% kəskin azalaraq 65,1 bəndə çatıb.

Avropa fond bazarlarında dekabrın 27-də FTSE 100 indeksi 0,2% - 5 954 bəndədək, Almaniya DAX-ı 0,3% - 7 656 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 674 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 662,2 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3243 (+0,1%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR