Türkiyədə yol qəzasında gənc futbolçu ölüb, 2 nəfər xəsarət alıb

Türkiyədə yol qəzasında gənc futbolçu ölüb, 2 nəfər xəsarət alıb
# 21 iyun 2016 03:33 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində baş verən yol qəzasında gənc futbolçu, 19 yaşlı Serhat Cinemre ölüb, daha 2 nəfər xəsarət alıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, futbolçunun olduğu minik avtomobili arxadan yük maşınına çırpılıb.

Qaza nəticəsində avtomobilin sürücüsü, Serhat Cinemre və daha bir sərnişin sıxılmış vəziyyətdə qalıblar. Xilasedicilər tərəfindən avtomobildən çıxarılan yaralılar xəstəxanaya çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, idmançının həyatını xilas etmək mümkün olmayıb.

2014-ci ildən “Kocaeli Birlikspor” komandasında oynayan Serhat Cinemre ötən il Türkiyənin 3-cü liqasında yer alan “Erzincanspor” klubuna transfer edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR