Kanzas Hərbi Hava Qüvvələrinin Milli Qvardiyası Ermənistana 1,4 milyon dollar məbləğində dərman və digər ləvazimatlar göndərib

Kanzas Hərbi Hava Qüvvələrinin Milli Qvardiyası Ermənistana 1,4 milyon dollar məbləğində dərman və digər ləvazimatlar göndərib
# 21 avqust 2015 12:29 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ-ın Kanzas Hərbi Hava Qüvvələrinin Milli Qvardiyası Birləşmiş Erməni Fondu “Qleyndeyl” ilə əməkdaşlığı çərçivəsində Ermənistana 1,4 milyon dollar məbləğində dərman və digər tibbi ləvazimat göndərib.

APA-nın xəbərinə görə, bu barədə “armenianweekly.com” məlumat yayıb.

ABŞ-ın Ermənistandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib ki, 2014-cü ildə başlanmış əməkdaşlıq davam edir: “Kanzas Hərbi Hava Qüvvələrinin Milli Qvardiyası Birləşmiş Erməni Fondu “Qleyndeyl”lə olan əməkdaşlığı çərçivəsində Ermənistana humanitar yardım göstərib. “Qleyndeyl” fondunun tərəfdaşı olan “Direct Relief İnternational” şirkəti tərəfindən 1,4 milyon dollarlıq dərman və digər ləvazimatlar Kanzasın Topik şəhərindən Yerevana göndərilib. Bu, Ermənistanda həyat şəraitinin müəyyən mənada yaxşılaşmasına xidmət edəcək”.


Qeyd edək ki, ötən 26 il ərzində Birləşmiş Erməni Fondu Ermənistana və Dağlıq Qarabağ rejiminə 712 milyon dollar həcmində yardım edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR