Azərbaycanın Qırğızıstandakı yeni səfiri bu ölkənin xarici işlər naziri ilə görüşüb

Azərbaycanın Qırğızıstandakı yeni səfiri bu ölkənin xarici işlər naziri ilə görüşüb
# 31 yanvar 2013 08:14 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Azərbaycanın Qırğızıstandakı yeni təyin olunmuş səfiri Hidayət Orucov bu ölkənin xarici işlər naziri Erlan Abdıldayevlə görüşüb.

APA-nın Qırğızıstan XİN rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə səfir nazirə öz etimadnamələri təqdim edib.

E.Abdıldayev H.Orucova təyinatı ilə bağlı öz təbriklərini çatdırıb, diplomatın böyük təcrübəsini qeyd edib və səfirə işində uğurlar arzu edib. XİN başçısı həmçinin əlavə edib ki, iki ölkənin əsas məqsədi ikitərəfli əlaqələri Qırğızıstan və Azərbaycan xalqlarının maraqlarına uyğun olaraq daha da inkişaf etməkdən ibarətdir.

H.Orucov isə öz növbəsində bildirib ki, ölkələrarası əlaqələrin daha da aktivləşməsi və onların daha yüksək səviyyəyə çatdırılması üçün əlindən gələni edəcək.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR