Deputatlığa namizəd Rafael Cəbrayılov növbəti görüşlərini keçirib - FOTO

Deputatlığa namizəd Rafael Cəbrayılov növbəti görüşlərini keçirib - <span style="color: red;">FOTO
# 19 oktyabr 2015 16:10 (UTC +04:00)

Bakı - APA. 46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov növbəti görüşlərini keçirib.

Seçki qərargahının mətbuat xidmətindən verilən məlumata görə, bu gün Şirvan şəhərinin müxtəlif ərazilərində görüşlər keçirən Rafael Cərbayılovun ilk görüşü saat 11:00-da H. Əliyev pr., 1b, 44, 46 və Xaqani küçəsi 5 saylı binanın sakinləri ilə baş tutub.

Namizəd digər görüşləri isə saat 12:00-da və 14:00 -da müvafiq olaraq Şirvan şəhəri, Xaqani küçəsinin 1,2,11, 88 və Leytenant İbrahimov küçəsi 14,16,18 və 20 saylı binanın sakinləri ilə keçirtdi.

Rafael Cəbrayılovu hər 3 görüşdə şəhər sakinləri böyük hörmət və mehribanlıqla qarşılayıblar. Seçicilər qarşısında çıxış edən namizəd sakinlərlə görüşündən məmnunluğunu bildirərək, hər kəsi seçkilərdə aktiv olmağa və layiqli namizədə səs verməyə çağırıb.

Bina sakinləri çıxış edərək Rafael Cəbrayılovun 10 illik deputat fəaliyyətini yüksək qiymətləndiriblər. Şirvanlı bir ziyalının Şirvan şəhərindən deputatlığa namizəd olması ilə fəxr etdiklərini və birmənalı olaraq Rafael Cəbrayılova səs verəcəklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR