Gümrüdə etiraz yürüşü keçirilib

Gümrüdə etiraz yürüşü keçirilib
# 29 iyul 2016 09:36 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə etiraz marşı keçirilib.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, etirazçılar İrəvanda polis şöbəsini nəzarətdə saxlayan "Sasna Çrer" silahlı qruplaşmasına və həbs olunmuş vətəndaşlara dəstək şüarları səsləndiriblər.

Əsasən gənclərdən ibarət olan aksiya iştirakçıları şəhərin mərkəzi küçələri ilə hərəkət edərək vətəndaşları onların mübarizəsinə qoşulmağa çağırıblar. Onlar həmçinin polis əməkdaşlarını vətəndaşlarla həmrəylik nümayiş etdirməyə çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR