Paşha Bank
Bank Of Baku

Rusiyada azərbaycanlı gənc qətlə yetirilib

Rusiyada azərbaycanlı gənc qətlə yetirilib
# 11 iyun 2019 17:33 (UTC +04:00)

Rusiyanın Samara vilayətində azərbaycanlı gənc qətlə yetirilib.

Bu barədə APA-nın Rusiya bürosuna Samaradakı Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimov məlumat verib. Onun sözlərinə görə, qətl hadisəsi iyunun 8-dən 9-na keçən gecə məişət zəminində baş verib. Nəticədə Rusiya vətəndaşı olan həmyerlimiz Elmir Əhmədov bıçaqlanaraq qətlə yetirilib. Daha sonra qatil cəsədi ölən şəxsin "Qazel" markalı yük maşınına qoyaraq kənar əraziyə aparıb və yandırıb.

Hadisədən bir qədər sonra cinayəti törədən şəxs saxlanılıb.

Ş. Kərimov bu gün qətli törətməkdə təqsirli bilinən şəxs barəsində məhkəmənin həbs-qətimkan tədbiri seçəcəyini də söyləyib.

Diaspor rəhbəri mərhum Elmir Əhmədovun Rusiya vətəndaşı olduğunu və ailəsi və  qardaşları ilə birlikdə Samara vilayətinin Poxvisnevo rayonunda yaşadığını deyib. Elmir Əhmədov fermer təsərrüfatı ilə məşğul olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR