Litvada azərbaycanlı yazıçının kitabı təqdim olunub

Litvada azərbaycanlı yazıçının kitabı təqdim olunub
# 26 may 2015 09:01 (UTC +04:00)

Bakı – APA. Vilnüs şəhərində soydaşımız Adilə Əfəndinin “Akkord” kitabının təqdimatı keçirilib.

Azərbaycanın Litvadakı səfirliyindən APA-ya verilən məlumata görə, səfirliyin dəstəyi ilə keçirilən tədbirdə Türkiyənin Litvadakı səfiri Aydan Yamancan, Litvanın tanınmış mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələri iştirak ediblər.

Səfir Həsən Məmmədzadə müəllifi ilk romanı münasibəti ilə təbrik edərək, Azərbaycan və Litva arasında mədəniyyət sahəsində mövcud əlaqələr haqqında məlumat verib. O, romanın Azərbaycan və Litva xalqlarının gənc nümayəndələrinin məhəbbətindən bəhs etdiyi qeyd edərək, əsərin azərbaycanlılarla litvalıların biri-birini daha da yaxından tanımaları üçün xidmət edəcəyinə ümidvar olduğunu bildirib.


Litvanın tanınmış kino aktrisası Eleanora Kariznayte isə romandan bəzi hissələri iştirakçıların diqqətinə çatdırıb.

Təqdimatda çıxış edənlər roman haqqında danışaraq, onu yüksək qiymətləndiriblər və bundan sonra da azərbaycanlı müəlliflərin əsərlərinin litvalı oxuculara təqdim ediləcəyinə ümidvar olduqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR