Azərbaycandakı BOKT-lardan biri nizamnamə kapitalını kəskin artırır

Azərbaycandakı BOKT-lardan biri nizamnamə kapitalını kəskin artırır
# 26 may 2015 15:53 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “FİNOKO” bank olmayan kredit təşkilatı (BOKT) ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından "APA-Economics"ə verilən məlumata görə, emissiyanın ümumi həcmi 700 min manat, qiymətli kağızların sayı 70 min ədəd, hər birinin nominal dəyəri isə 10 manat təşkil edir.

Hal-hazırda BOKT-un nizamnamə kapitalı 300 min manat təşkil edir.

Yerləşdirmə başa çatdıqdan sonra, BOKT-un nizamnamə kapitalı 3,3 dəfə artaraq 1 mln. manata çatacaq.

Yerləşdirmədə anderrayter kimi “Unicapital” ASC çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR