Gədəbəydə evə basqın edərək xeyli miqdarda pul və qızıl aparan şəxslər tutulub

Gədəbəydə evə basqın edərək xeyli miqdarda pul və qızıl aparan şəxslər tutulub
# 07 noyabr 2015 10:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda yaşayış evinə basqın olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 15-də Gədəbəy rayonunun Slavyanka kəndində yaşayan Zakir Rüstəmovun evinə girib onu, gəlini Səidəni və nəvəsi Cabbarı bıçaqla hədələyərək əl və ayaqlarını, habelə ağızlarını yapışqanlı lentlə bağlayaraq, oradan 4300 manat, 300 ABŞ dolları və qızıl əşyalar aparmış Şəmkir rayon sakinləri Ramil Haqverdiyev, Aydın Rüstəmov, Firdovsi Kərimov tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR