Bakı. Fərid Mirzəyev – APA. Bakı şəhər Nizami Rayon Məhkəməsi və Sumqayıt Şəhər Məhkəməsi 2015-ci ildə təşkil olunan müsabiqələrə vakant vəzifə təqdim etməyiblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq deyilib ki, bu dövlət orqanları Dövlət Qulluqçuları Reyestri İnformasiya Sisteminə (DQRİS) öz əməkdaşları ilə bağlı məlumatları da təqdim etməyiblər.
Bildirilib ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi orqan daxilində aparılan struktur dəyişikliyi ilə bağlı olaraq 2015-ci il ərzində Komissiya tərəfindən elan olunmuş müsabiqələrdə iştirak etməyib.
Qeyd olunub ki, 2015-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 9 müsabiqə elan edib və müsabiqələrə 150 dövlət orqanı üzrə 1319 vakant vəzifə çıxarılıb.