Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edib - FOTO

Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 12 mart 2015 09:33 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün Gənclər və İdman naziri Azad Rəhimov Mingəçevir şəhərində vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Heydər Əliyev mərkəzində baş tutan qəbulda Mingəçevir, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Yevlax və Zərdab rayon sakinləri iştirak ediblər.

Qəbulda iştirak edən 40-a yaxın vətəndaş tərəfindən məktəblərdə hərbi hazırlıq otaqlarının tərtibatı, fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman obyektlərinin idman avadanlıqları ilə təmin edilməsi, Olimpiya İdman komplekslərinin, ipoteka kreditlərinin verilməsi və digər məsələlərlə bağlı nazir A.Rəhimova müraciət olunub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR