Azərbaycan bank sektorunun məcmu kapitalı 24% artıb

Azərbaycan bank sektorunun məcmu kapitalı 24% artıb
# 04 iyun 2015 07:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin mayın 1-ə bankların məcmu kapitalının həcmi 4 471,7 mln. manat təşkil edib.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib. Bu, aprelin 1-nə nisbətən 31,6 mln. manat və ya 0,71% çoxdur.

Ötən ilin analoji dövri ilə müqayisədə bu göstərici 866,3 mln. manat və ya 24,03% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR