Qəbələdə Çinin qadın atıcıları Dünya Kuboku yarışlarında daha iki medal qazanıblar - FOTO

Qəbələdə Çinin qadın atıcıları Dünya Kuboku yarışlarında daha iki medal qazanıblar - <span style="color: red;">FOTO
# 13 avqust 2015 10:37 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.

APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 13-də qadınlar arasında tüfəngdən 50 metr məsafəyə atəş açma yarışları keçirilib. Yarışın final mərhələsində Rusiya, Çin, Xorvatiya, ABŞ, Polşa və başqa ölkələrdən 8 idmançı iştirak edib. Çin idmançısı Donqi Cen rəqiblərini üstələyərək 456.2 xalla birinci yeri tutub. O, komandasına 5-ci qızıl medalı qazandıraraq Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Silinq Yi (Çin) 455.4 xalla ikinci, Anna Zukova (Rusiya) 444.8 xalla üçüncü yeri tutub. Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib. Hazırda Çin idmançıları 9 medalla Dünya Kuboku yarışlarında birinci yerdədirlər. Onlardan 5-i qızıl, 3-ü gümüş və biri bürünc medaldır.

Qeyd edək ki, 6 gündür ki, keçirilən atıcılıq yarışlarında indiyədək 20 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR