Səhiyyə Nazirliyinin “qaynar xətt” inə son iki il ərzində 13275 müraciət daxil olub

Səhiyyə Nazirliyinin “qaynar xətt” inə son iki il ərzində 13275 müraciət daxil olub
# 28 mart 2013 10:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyinin “qaynar xətt” (9103) xidmətinə son iki il ərzində (24.02.2011-24.02.2013) 13275 müraciət daxil olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, daxil olmuş müraciətlərin 9061-i (1728-i əsaslı, 4976-sı isə əsassız, 2357-si cari problemlərlə bağlı şikayət), 730-u - aidiyyəti üzrə deyil, 3484-ü sorğu xarakterlidir.

2013-cü ilin fevral ayı ərzində “qaynar xətt” xidmətinə 484 müraciət daxil olub. Daxil olmuş müraciətlərin 350-si (176-sı əsaslı, 153-ü isə əsassız, 21-i cari problemlərlə bağlı şikayət), 19-u aidiyyəti üzrə deyil, 115-i isə sorğu xarakterlidir. “Qaynar xətt”ə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün əsaslı şikayətlər barədə müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR