“Azəryolservis” sürücülərə xəbərdarlıq edib

“Azəryolservis” sürücülərə xəbərdarlıq edib
# 30 mart 2015 08:37 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Sürücülər Heydər Əliyev prospektində köməkçi yoldan əsas yola keçməklə qəza şəraiti yaradırlar”.

Bunu Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə verdiyi açıqlama zamanı bildirib.

P. Mürsəliyevin sözlərinə görə, Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidinin yaxınlığında əsas yol ilə hərəkət edən nəqliyyat vasitələrinə köməkçi yola keçmək üçün şərait yaradılıb: “Köməkçi yol ilə hərəkət edən nəqliyyat vasitələri yolun hərəkət hissəsinin nişanlanması tələblərini pozaraq əsas yola keçirlər və beləliklə qəza şəraiti yaranır”.

Qeyd edək ki, Heydər Əliyev prospektində ayrıcı zolaq təxminən 60 metr məsafədə götürülərək yeni bir hissə salınıb. Ərazidə yol nişanları yerləşdirilərək üfüqi nişanlanma işi həyata keçirilib ki, bu da prospektin əsas yolu ilə hərəkət edən nəqliyyat vasitələrinə yeni yaradılan hissədən istifadə etməklə Nizami rayonu 8-ci km qəsəbəsinə rahat hərəkət etməsinə şərait yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR