ABŞ-ın Corctaun Universitetinin imamı Yәhya Hendi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib - FOTO - VİDEO

ABŞ-ın Corctaun Universitetinin imamı Yәhya Hendi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 14 mart 2015 10:34 (UTC +04:00)

Quba. Vəli Turan - APA. ABŞ Sәfirliyinin Azәrbaycanda tәşkil etdiyi “Amerika günlәri” çәrçivәsindә Azərbaycanda sәfәrdә olan Corctaun Universitetinin imamı Yәhya Hendi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qonağa ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə məlumat verilib.

Qeyd olunub ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən təsadüfən aşkar edilib. Tədqiqat işləri nəticəsində məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkarlanıb. Onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar qalanları isə əsasən yaşlı kişilər olub. Ermənilərin azərbaycanlılarla yanaşı, bu bölgədə yaşayan digər xalqların nümayəndələrini də qətlə yetirdiyi vurğulanıb.

Corctaun Universitetinin imamı Yәhya Hendi kütləvi məzarlığı ziyarətlə azərbaycanlıların yaşadığı hüznlü hadisə haqqında məlumat əldə etdiyini deyib: “Sülh üçün, sizin torpaqlarınızın geri qaytarılması üçün dua etdim. Dua etdim ki, heç kim əziyyət çəkməsin. Bu hadisə məni kədərləndirdi. Heç kim dininə, etiqadına və dilini görə əziyyət çəkməməlidir”.

O, Azərbaycana ikinci dəfə gəldiyini və birinci səfərindən keçən müddət ərzində Azərbaycanda heyrətamiz dəyişikliklərin olduğunu da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR