UEFA Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" "Panatinaikos", “Qarabağ” “Yanq Boyz”la qarşılaşacaq - VİDEO

UEFA Avropa Liqasının pley-off mərhələsində "Qəbələ" "Panatinaikos", “Qarabağ” “Yanq Boyz”la qarşılaşacaq - <span style="color: red;">VİDEO
# 07 avqust 2015 13:25 (UTC +04:00)

Pley-offdakı komandalardan 29-u III təsnifat mərhələsindən gələnlər, digər 15-i isə Çempionlar Liqasından yuvarlananlardı. Avrokuboklarda mübarizəni davam etdirən Azərbaycan klubları “Qarabağ” və “Qəbələ”nin də rəqibləri məlum olub.

Çempionlar Liqasının III təsnifat mərhələsində uduzduğu üçün mübarizəni Avropa Liqasında davam etdirən “Qarabağ” İsveçrə təmsilçisi “Yanq Boyz”la görüşəcək. Azərbaycan çempionu ilk oyununu səfərdə keçirəcək.

Avropa Liqasında ardıcıl 3 mərhələ keçən “Qəbələ” isə Yunanıstan “Panatinaikos”u ilə üz-üzə gələcək. Komandaların ilk oyunu Yunanıstanda baş tutacaq.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə 27-də baş tutacaq.

Avropa Liqası

Pley-off mərhələsi

“Altax” (Avstriya) - “Belenenseş” (Portuqaliya)

“Milsami” (Moldova) - “Sent-Etyenn” (Fransa)

“Jilina” (Slovakiya) - “Atletik” (İspaniya)

“Yablonets” (Çexiya) - “Ayaks” (Hollandiya)

“Styaua” (Rumıniya) - “Rusenborq” (Norveç)

“Yanq Boyz” (İsveçrə) - “Qarabağ” (Azərbaycan)

“Zarya” (Ukrayna) - “Legiya” (Polşa)

“Mölde” (Norveç) - “Standard” (Belçika)

“Viktoriya” (Plzen, Çexiya) - “Voyvodina” (Serbiya)

PAOK (Yunanıstan) - “Brondbü” (Danimarka)

“Bordo” (Fransa) - “Kayrat” (Qazaxıstan)

“Panatinaikos” (Yunanıstan) - “Qəbələ” (Azərbaycan)

“Lex” (Polşa) - “Videoton” (Macarıstan)

“Sauthempton” (İngiltərə) - “Mityulland” (Danimarka)

“Dinamo” (Minsk, Belarus) - “Zalsburq” (Avstriya)

“Astra” (Rumıniya) - “Alkmaar” (Hollandiya)

“Rabotniçki” (Makedoniya) - “Rubin” (Rusiya)

“Odd” (Norveç) - “Borussiya” (Dortmund, Almaniya)

“Slovan” (Çexiya) - “Hayduk” (Split, Xorvatiya)

“Krasnodar” (Rusiya) - HİK (Finlandiya)

“Atromitos” (Yunanıstan) - “Fənərbaxça” (Türkiyə)

“Tyun” (İsveçrə) - “Sparta” (Çexiya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR