Azərbaycan dövlət büdcəsinin profisiti kəskin azalıb

Azərbaycan dövlət büdcəsinin profisiti kəskin azalıb
# 15 aprel 2013 11:35 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinə 3,2 mlrd. manat daxil olub, büdcədən isə 2,9 mlrd. manat vəsait xərclənib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, büdcənin gəlirləri ilə xərcləri arasında yaranmış 308,9 mln. manatlıq profisit ÜDM-in 3,7%-ni təşkil edib.

Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə büdcə gəlirlərinin həcmi 28%, xərcləri 2,2 dəfə artıb, profisit isə 3,8 dəfə azalıb.

«Büdcə xərclərinin 1,5 mlrd. manatı və ya 51,9%-i iqtisadiyyatın inkişafına, 344,3 mln. manatı (11,9%-i) sosial müdafiə və sosial təminata, 185,1 mln. manatı (6,4%-i) təhsilə və səhiyyəyə yönəldilib», - deyə Komitədən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR