Gəncədə avtoxuliqanlar saxlanılıb

Gəncədə avtoxuliqanlar saxlanılıb
# 01 may 2015 13:27 (UTC +04:00)

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakinləri - 33 yaşlı Səbuhi Qasımov, 27 yaşlı Rövşən Novruzov, onun həmyaşıdı Vüsal Ələsgərov, 26 yaşlı Toğrul Abiyarı və 20 yaşlı Elsevər Qasımov idarə etdikləri avtomobillərlə yol hərəkəti qaydalarını pozduqlarına görə saxlanılıblar.

Onlar sutkalıq həbs ediliblər.

R. Novruzov və T. Abiyarı toy karvanı ilə hərəkət edərkən yol hərəkəti qaydalarını pozublar.

S. Qasımov isə sərxoş halda avtoxuliqanlıq edən zaman qəza törətdiyi üçün 45 sutka həbs cəzası alıb.

Sözügedən şəxslər həmçinin müəyyən müddətə sürücülük hüququndan da məhrum ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR