Xüsusi Dövlət Mühafizə Xidməti spam və viruslarla bağlı vətəndaşlara xəbərdarlıq edib - VİDEO

Xüsusi Dövlət Mühafizə Xidməti spam və viruslarla bağlı vətəndaşlara xəbərdarlıq edib - <span style="color: red;">VİDEO
# 21 noyabr 2014 09:23 (UTC +04:00)

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə daxil olan məlumata görə, müşahidə olunan aktivlik müxtəlif ölkələr üzərindən, müxtəlif ip ünvanlarla, o cümlədən müxtəlif mail hosting və mail istifadəçiləri tərəfindən ölkəmizdəki e-mail istifadəçilərinə “my new photo ;)” mövzusunda olan və “my_photo.zip”, “iphone_photo.zip” , “photo.zip”, “transact_store.zip” və digər bu kimi əlavələrlə (attachment) viruslu məktublar göndərilir.

Aktivliklə əlaqədar olaraq Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi e-mail istifadəçilərini diqqətli olmağa çağırır və bu kimi mailləri açmamaq və dərhal silməklə bağlı xəbərdarlıq edir.

“Bu kimi maillərin alınması və əlavədəki faylların açılması sizin kompüterinizi və məlumatlarınızı, o cümlədən, qurumunuzun, təşkilatınızın, şirkətinizin şəbəkəsindəki digər kompüter və ya hər hansı informasiya daşıyıcı və vasitələrini təhdid qarşısında qoyur”, - deyə mərkəzin məlumatında qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR