Səməd Seyidov: “Azərbaycan terrorizm və işğalla, milli mədəniyyətin məhv edilməsi ilə üzləşib”

Səməd Seyidov: “Azərbaycan terrorizm və işğalla, milli mədəniyyətin məhv edilməsi ilə üzləşib”
# 18 may 2015 10:22 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq: Müasir dövrdə yumşaq güc və müxtəlifliyin müsbət cəhətlərinə töhfələr” panelində çıxışı zamanı Milli Məclisin Beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.

S. Seyidov deyib ki, Azərbaycanda muğam və caz, məscid və sinaqoq var: “Biz dünyaya açıq ölkəyik. Problemli işlərimiz də var, Azərbaycan terrorizm və işğalla, milli mədəniyyətin məhv edilməsi ilə üzləşib. Biz digər mədəniyyətlərin vacib olduğunu qəbul etməliyik. Yüz minlərlə qaçqın və köçkünü yerləşdirmək necə mümkün idi? Bu, bizim onlara münasibətimizdən, təmkinliyimizdən irəli gəlirdi. Biz çalışmalıyıq ki, daha yaxşı dünya quraq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR