Azərbaycan Dövlət İqtisad Universitetində Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzi yaradılacaq

Azərbaycan Dövlət İqtisad Universitetində Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzi yaradılacaq
# 02 aprel 2013 14:58 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin apardığı fəaliyyət nəticəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzinin yaradılması barədə razılıq əldə olunub. Daimi Nümayəndəlikdən APA-ya verilən xəbərə görə, Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzinin əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə yenilikçilərin yerli, yüksək keyfiyyətli məlumatlara və aidiyyəti xidmətlərə çıxışlarının təmin olunmasından ibarətdir.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının dəstəyi ilə 30 ölkədə texnologiya və innovasiyaya dəstək mərkəzləri artıq yaradılıb. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən Texnologiya və İnnovasiyaya Dəstək Mərkəzinin səmərəli fəaliyyətinin dəstəklənilməsi məqsədilə aşağıdakı xidmətlər göstərilir: müvafiq məlumat bazalarına, o cümlədən elm və texnologiya resurslarına çıxışın asanlaşdırılması; yerli istifadəçilərə təlimlərin keçilməsi; məlumat və təlim materiallarının təmin olunması; məlumatlılığın artırılması fəaliyyətlərinin dəstəklənilməsi; Texnologiya və innovasiyaya dəstək mərkəzləri arasında ən mükəmməl təcrübələrin yayılması.

Daimi Nümayəndəliyin təşəbbüsü ilə bir müddət bundan öncə Azərbaycan Dövlət İqtisad Universitetində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Depozitariya Kitabxanası da yaradılıb. Depozitariya Kitabxanasının əsas məqsədi üzv ölkələrə əqli mülkiyyət, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının fəaliyyətləri və xidmətləri barədə məlumatların yayılmasının artırılmasından ibarədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR