Türkiyənin Koç Universitetində oxumaq istəyən azərbaycanlı doktorantlar təhsil haqqından azad olunacaq

Türkiyənin Koç Universitetində oxumaq istəyən azərbaycanlı doktorantlar təhsil haqqından azad olunacaq
# 07 aprel 2015 15:46 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün təhsil naziri Mikayıl Cabbarov ADA Universitetinin dəvəti ilə Bakıda səfərdə olan Türkiyənin Koç Universitetinin rektoru Ümran İnanı qəbul edib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, görüş zamanı Koç Universitetinin Azərbaycanın ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri, birgə tədris proqramlarının və araşdırma layihələrinin, həmçinin müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi imkanları müzakirə olunub.

Koç Universitetinin rektoru Ümran İnan bildirib ki, rəhbərlik etdiyi ali məktəb elmi araşdırma layihələrinə və doktorantura pilləsində təhsilin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir. Qonaq Koç Universitetinin xarici ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində Azərbaycan universitetlərinə xüsusi önəm verdiyini nəzərə çatdırıb. Rektor Koç Universitetində doktorantura təhsili almaq istəyən azərbaycanlı tələbələrin təhsil haqqından azad olunacağını söyləyib.

Təhsil naziri Mikayıl Cabbarov Koç Universitetinin azərbaycanlı doktorantları təhsil haqqından azad etməsini təqdirəlayiq hal kimi qiymətləndirib və bu addımın ölkəmizin ali təhsil müəssisələrində elmin inkişaf etdirilməsi hədəflərinə uyğun olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR