Son üç ildə Azərbaycanda səyyar yoxlamalar nəticəsində hesablanmış vergilər 3 dəfə artıb

Son üç ildə Azərbaycanda səyyar yoxlamalar nəticəsində hesablanmış vergilər 3 dəfə artıb
# 06 mart 2013 09:28 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Vergilər Nazirliyinin Vergi auditi Departamenti tərəfindən son üç ildə aparılan səyyar yoxlamalar nəticəsində hesablanmış vergilər 3 dəfədən çox artıb. «APA-Economics»in məlumatına görə, bunu Vergi auditi Departamentində bu gün keçirilən «Açıq qapı günü»ndə Departamentin rəisi Habil Məmmədov bildirib.

Onun sözlərinə görə, səyyar yoxlamalar nəticəsində 2010-cu ildə əlavə hesablanmış vəsaitin ümumi məbləği 134 mln. manat olduğu halda, 2012-ci ildə bu rəqəm 451,7 mln. manata çatıb. Ötən il bu yoxlamalardan dövlət büdcəsinə 387,9 mln. manat ödənilib ki, bu da hesablanmış əlavə vəsaitin 85,9%-nə bərabərdir.

H.Məmmədov qeyd edib ki, nağdsız ödənişlərin aparılması sahəsinin genişləndirilməsi məqsədilə POS-terminalların tətbiqi, yanacaqdoldurma məntəqələrinə yeni tipli nəzarət-kassa aparatlarının quraşdırılması və digər operativ nəzarət tədbirlərinin həyata keçirilməsi istiqamətində də ciddi işlər görülür. Ötən il ərzində operativ nəzarət idarəsi tərəfindən vergi ödəyicilərinə məxsus obyektlərdə 16 124 nəzarət-kassa aparatı və 28 712 POS-terminalların qeydiyyata alınması təmin edilib.

Ötən ilin ikinci yarısından başlayaraq əmək münasibətlərinə vergi nəzarətinin gücləndirilməsi, o cümlədən qeyri-leqal məşğulluğun leqallaşdırılması və əmək haqqının vergiyə cəlb edilməsi istiqamətində tədbirlər çərçivəsində 25 798 vergi ödəyicisi üzrə 97 480 əmək müqaviləsi bağlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR