Bakıda həyat yoldaşını qətlə yetirən şəxs tutulub

Bakıda həyat yoldaşını qətlə yetirən şəxs tutulub
# 28 aprel 2015 09:27 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda qətl hadisəsi törədən şəxs həbs edilib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, aprelin 28-də saat 03:45 radələrində Zabrat qəsəbəsi Vəliyev küçəsində yerləşən evdə kirayədə yaşayan Ağdaş rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Niyazi oğlu Musayev qısqanclıq zəminində arvadı Zakirə Məmmədovanı bıçaqla qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR