Barak Obama 2001-ci ilin 11 sentyabr hadisəsindən sonra Mərkəzi Kəşfiyyat İdarəsinin işgəncələrə yol verdiyini etiraf edib

Barak Obama 2001-ci ilin 11 sentyabr hadisəsindən sonra Mərkəzi Kəşfiyyat İdarəsinin işgəncələrə yol verdiyini etiraf edib
# 02 avqust 2014 08:44 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. ABŞ prezidenti Barak Obama 2001-ci ilin 11 sentyabr hadisəsindən sonra Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) bir sıra işgəncələrə yol verdiyini etiraf edib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, Senatda çıxış edən B. Obama bildirib ki, Amerika xüsusi xidmət orqanları o vaxt cəmiyyətin təzyiqlərinə görə çox sərt metodlara əl atıb.

“Biz bəzi dostları incitmişik. Elə şeylər etmişik ki, bizim dəyərlərimizə qarşıdır”, - deyən Obama bunun yeni terror hücumlarının qarşısını almaq üçün edildiyini də qeyd edib.

Xatırladaq ki, MKİ və Senat arasında bundan əvvəl kompyuterlərin izlənilməsi barədə qalmaqal yaranmışdı. Həmin kompyuterlər MKİ-nin təhqiqat zamanı işgəncələr verməsiylə əlaqədar Senatın yaratdığı xüsusi komissiyanın üzvlərinə məxsus olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR