GUAM baş katibi: “Bundan sonra Xarici İşlər Nazirləri Şurasının sənədləri ingilis dilində tərtib olunacaq”

GUAM baş katibi: “Bundan sonra Xarici İşlər Nazirləri Şurasının sənədləri ingilis dilində tərtib olunacaq”
# 05 dekabr 2014 14:07 (UTC +04:00)

Bu sözləri APA-ya açıqlamasında GUAM-ın baş katibi Valeri Çeçelaşvili Ukrayna xarici işlər naziri Pavel Klimkinin təşkilatda sənədləşmə işlərinin yalnız ingilis dilində aparılması ilə bağlı təklifini şərh edərkən deyib.

Təşkilatda iki dildən – rus və ingilis dilindən istifadə edildiyini deyən V. Çeçelaşvili vəziyyətdən asılı olaraq həmin dillərdən birinin işlənildiyini bildirib.

“Klimkinin təklifi ondan ibarət idi ki, Xarici İşlər Nazirləri Şurasında bütün sənədləşmə işləri ingilis dilində aparılsın. Nazirlər bunu təklifi dəstəklədilər və bu normal haldır. Əgər təşkilatın ayrı-ayrı işçi qrupları sənədləri rus dilində tərtib etmək istəsələr, problem yoxdur. Lakin bundan sonra Xarici İşlər Nazirləri Şurasının sənədləri ingilis dilində tərtib olunacaq”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR