UNICEF-in regional direktoru Azərbaycana səfər edəcək

UNICEF-in regional direktoru Azərbaycana səfər edəcək
# 13 mart 2015 08:52 (UTC +04:00)

Bakı - APA. UNICEF-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Mari-Pyer Puarye martın 16-da Azərbaycana səfər edəcək.

APA-nın məlumatına görə, 3 günlük səfər çərçivəsində ən çox təcrid olunmuş uşaqların hüquqlarının həyata keçirməsi istiqamətində UNICEF-lə Azərbaycan arasındakı əməkdaşlığın bir hissəsi kimi əldə edilmiş nailiyyətləri və müəyyən çətinlikləri müzakirə ediləcək.

Səfər zamanı M.P.Puarye baş nazirin müavini, xarici işlər naziri, əmək və əhalinin sosial müdafiəsi, təhsil, gənclər və idman nazirləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin vitse-spikeri də daxil olmaqla yüksək rütbəli dövlət rəsmiləri ilə, eləcə də vətəndaş cəmiyyətləri nümayəndələri ilə görüşəcək.

UNICEF rəsmisi həmçinin Bakıda keçiriləcək “The Economist” Birləşmiş Krallığın araşdırma qrupu tərəfindən təşkil olunan Azərbaycan İnvestisiya Sammitində də iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR