Bakıda 7-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri Sərgisi keçiriləcək

Bakıda 7-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri Sərgisi keçiriləcək
# 14 oktyabr 2014 13:40 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Oktyabrın 22-dən 25-dək Bakıda 7-ci Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri Sərgisi (“SİPS Caspian”) keçiriləcək. Bu barədə APA-ya “İTECA Caspian” şirkətindən məlumat verilib.

Sərgidə 60-dan artıq yerli və xarici şirkət öz məhsullarını nümayiş etdirəcək. “CİPS-2014” sərgisində təhlükəsizliyin təmin edilməsi üçün texniki vasitələr, mühafizə televiziyası və müşahidə sistemləri, yanğın təhlükəsizliyi, qəza-xilasetmə texnikası, əməyin mühafizəsi, məlumatların mühafizəsi, mikro-prosessorlu “smart” kartlar və identifikasiya texnologiyaları daxil olmaqla müxtəlif avadanlıqlar nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR