Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5638 xüsusi məktəb və internat məktəbləri var

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5638 xüsusi məktəb və internat məktəbləri var
# 04 avqust 2014 16:48 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Ötən tədris ilində Azərbaycanda fəaliyyət göstərən sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəblərinin sayı 5638 olub. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, onlardan 2994-ü xüsusi məktəblər, 2644-ü isə xüsusi internat məktəbləridir.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri xəstəliyin növləri üzrə təsnifatlandırılıb. Belə ki, həmin bölgüdə 3590 məktəb əqli zəiflər, 269 məktəb gözdən əlillər, 645 məktəb karlar (karlar və lallar), 137 məktəb zəif eşidən və sonradan kar olanlar, 142 poliomielit və serebral iflic uşaqlar, 507 nitq qüsuru olan uşaqlar üçündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR