Son 10 ildə Azərbaycanın yol-nəqliyyat infrastrukturuna 10 mlrd. dollar sərmayə yatırılıb

Son 10 ildə Azərbaycanın yol-nəqliyyat infrastrukturuna 10 mlrd. dollar sərmayə yatırılıb
# 05 aprel 2013 11:47 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Son 10 il ərzində Azərbaycanda yol-nəqliyyat infrastrukturuna yönəldilən investisiyaların həcmi 7,4 mlrd. manat (təxminən 10 mlrd. ABŞ dolları) təşkil edib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov «Business Year» dərgisinə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, hesabat dövründə nəqliyyat sektorunda yükdaşımaların orta illik artım tempi 8,18%, sərnişindaşımaların artım tempi isə 5,54% olub. Ümumiyyətlə, bu müddət ərzində 1,6 mldr. ton yük və 11,4 mlrd. sərnişin daşınıb. Yükdaşıma dövriyyəsinin orta illik artım tempi 17,36% təşkil edib, sərnişindaşıma dövriyyəsi isə 6,9% artıb.

Z.Məmmədov həmçinin əlavə edib ki, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (TRACECA) ilə 465,4 mln. ton yük daşınıb və bu dəhlizdə yükdaşımanın orta illik artım tempi 5,12% olub. TRACECA ilə son 10 il ərzində 145,8 mln. ton tranzit yük daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR