Pirallahı RİH-də “I Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib - FOTO

Pirallahı RİH-də “I Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib - <span style="color: red;">FOTO
# 07 may 2015 08:14 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi Pirallahı Rayon İcra Hakimiyyəti və FHN Dövlət Sularda Xilasetmə Xidməti ilə birgə “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr” mövzusunda rayon müşavirəsi keçirib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri, təsərrüfat rəhbərləri, Bakı şəhəri üzrə polis və səhiyyə, enerji, qaz və su təchizatı idarələrinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov rayon ərazisində həyata keçirilən abadlıq və yenidənqurma işləri barədə məlumat verib, Avropa Oyunlarının ölkədə idmanın inkişafına verəcəyi töhfədən danışıb.

FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Birinci Avropa Oyunları ilə bağlı qarşıda duran ümumi vəzifələr” mövzusundakı təqdimatında fövqəladə hallar, icra və yerli özünüidarəetmə, polis, təhsil, səhiyyə orqanlarının, eləcə də enerji, qaz, su təchizatı idarələri və s. müəssisələrin birgə mümkün fəaliyyətinin istiqamətləri və bu istiqamətlər üzrə aidiyyəti təşkilatlar qarşısında duran ümumi vəzifələrdən söhbət açıb.

Müzakirələrdə çıxış edən rayonun idarə və təşkilatlarının rəhbərləri aparılan hazırlıq işləri, mövcud problemlər və onların həlli yolları barədə məlumat veriblər.

Müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR