Azərbaycanda 13650-dən çox tənha ahıl və əlilə evlərində sosial xidmət göstərilir

Azərbaycanda 13650-dən çox tənha ahıl və əlilə evlərində sosial xidmət göstərilir
# 04 aprel 2013 16:07 (UTC +04:00)

BAkı. Könül Kamilqızı-APA. Hazırda Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13650-dən çox tənha ahıl və əlilə evlərində sosial xidmət göstərilir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, onların 11 minə yaxını qadınlardır. Xidmətlə təmin olunanların 11 600-dən çoxu 70 yaşdan yuxarı olanlardır. Şəhər və şəhər tipli qəsəbələrdə, rayon mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8 nəfərə xidmət göstərir. Sosial işçi həftədə ən azı 2 dəfə tək ahıl vətəndaşların və əlillərin evlərində olaraq onlara ev təsərrüfatında təmizlik, abadlıq aparmağa, zəruri ərzaq, sənaye və məişət əşyalarının almağa yardım edir.

Qeyd edək ki, evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan 70 yaşına çatmış tək ahıl vətəndaşlar, həmçinin I qrup əlillər, başqasının köməyinə ehtiyacı olan II qrup əlillər Həkim Məsləhət Komissiyasının və ya Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən xidmətə götürülürlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR