Ötən ay BTC kəməri ilə Azərbaycan neftinin nəqli 11%-ə yaxın artıb

Ötən ay BTC kəməri ilə Azərbaycan neftinin nəqli 11%-ə yaxın artıb
# 02 iyul 2015 15:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 597,725 min ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin iyul ayı ilə müqayisədə 10,8% çoxdur.

Bu ilin yanvar-iyun aylarında bu kəmərlə 14 mln. 544,284 min ton neft ötürülüb ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 0,007% çoxdur.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il iyul ayının 1-ə qədər BTC-yə 278 mln. 369,216 min ton neft vurulub. Bundan başqa, iyun ayında BTC kəməri ilə 343,394 min ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR