Bu il Azərbaycanda rabitə xidmətlərinin həcmi 10% artıb

Bu il Azərbaycanda rabitə xidmətlərinin həcmi 10% artıb
# 13 mart 2015 15:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İnformasiya və rabitə sektorunda bu ilin yanvar-fevral aylarında təsərrüfat subyektlərinə və əhaliyə 254,7 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,0% çox xidmət göstərilib.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əhaliyə göstərilmiş informasiya və rabitə xidmətlərinin payı 72,3% təşkil edib.

Xidmətlərdən əldə olunmuş gəlirlərin 53,7%-i mobil telefon rabitəsindən yaranıb və 2014-cü ilin eyni dövrü ilə müqayisədə bu xidmətlərin həcmi 1,9% artaraq 136,8 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR