Azərbaycanda orta məktəbdə bomba həyəcanı yaşanıb

Azərbaycanda orta məktəbdə bomba həyəcanı yaşanıb
# 11 fevral 2013 10:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda orta məktəbdə bomba həyəcanı yaşanıb. Abşeron rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə fevralın 9-da saat 16.56 radələrində Xırdalan şəhərində yerləşən 2 saylı orta məktəbdə baş verib.

Naməlum şəxs Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək Xırdalan şəhərindəki 2 saylı orta məktəbə bomba qoyulması barədə məlumat verib. Abşeron Rayon Polis Şöbəsini əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində məlumat təsdiqini tapmayıb. Araşdırma zamanı zəng edən şəxsin Masallı rayon sakini Yusif Mikayılov olması müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR