Tanışını bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib

Tanışını bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib
# 10 mart 2015 09:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Nəriman Behbudzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, N. Behbudzadə 4 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan N. Behbudzadə məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, N. Behbudzadə şəxsi münasibətlər zəminində Cavanşir Qədirovu bıçaqlayıb.

O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsinə əsasən ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR