QDİƏT ölkələri Qeyri-Hökumət Təşkilatları Forumunun toplantısı keçirilir

QDİƏT ölkələri Qeyri-Hökumət Təşkilatları Forumunun toplantısı keçirilir
# 30 aprel 2013 13:53 (UTC +04:00)

Bakı – APA. Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələri Qeyri-Hökumət Təşkilatları Forumunun toplantısı keçirilir. Tədbirdə Türkiyə, Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Ukrayna və Yunanıstan nümayəndə heyətləri iştirak edir. Azərbaycan nümayəndə heyətinə forumun və QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev rəhbərlik edir. Şuradan APA-ya verilən məlumata görə, toplantıda QDİƏT ölkələri QHT Forumunun regional əməkdaşlıqla bağlı təklifləri və fəaliyyət proqramı müzakirə edilib.

Bu gün Azərbaycan nümayəndə heyəti “Media İşçiləri Sendikası”nı (Medya-İş) ziyarət edib.

Qeyd edək ki, Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının koordinatoru Rufiz Qonaqov, Beynəlxalq Əməkdaşlıq Mərkəzinin sədr müavini Xəlil İsmayılov və Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı daxildir.

Xatırladaq ki, QDİƏT ölkələrinin QHT Forumunun təsis toplantısı 27 noyabr 2012-ci ildə Bakıda keçirilib. Azay Quliyev forumun sədri seçilib. Qurumun əsas məqsədi region dövlətlərinin həyata keçirdiyi böyük layihələrə ictimai dəstəyi təmin etmək, ölkələrdə vətəndaş cəmiyyəti institutlarının inkişafına nail olmaqdır

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR