Ötən ay Azərbaycan BTC kəməri ilə neftin nəqlini 26% azaldıb

Ötən ay Azərbaycan BTC kəməri ilə neftin nəqlini 26% azaldıb
# 05 dekabr 2014 09:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin noyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 1 719 684 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,1% azdır.

Bu ilin yanvar-noyabr aylarında bu kəmərlə 26 045 242 ton neft ötürülüb ki, bu da 2013-cü ilin 11 ayı ilə müqayisədə 4,5% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il dekabr ayının 1-ə qədər BTC-yə 261 186 835 ton neft vurulub. Bundan başqa, noyabr ayında BTC kəməri ilə ümumilikdə 620 436 ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR