Quba Rayon Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib - FOTOSESSİYA - VİDEO

Quba Rayon Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 noyabr 2014 13:09 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Bu gün Quba rayon Məhkəməsinin yeni inzibati binası istifadəyə verilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, açılış mərasimində ədliyyə naziri Fikrət Məmmədov, nazirliyin nümayəndələri, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev, Dünya bankının Azərbaycan üzrə meneceri, hakimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

Binanın açılışı münasibətilə ədliyyə işçilərini təbrik edən F.Məmmədov ölkədə ədliyyə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə danışıb.

Qeyd edək ki, yeni inzibati bina Dünya Bankının dəstəyi ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində inşa edilib. Binanın tikintisinə 2013-cü ilin aprel ayından başlanılıb və iki mərtəbədən ibarətdir. Tikilinin ümumi sahəsi 3 300 kvadrat metrdir. Bina müasir texnologiya və avadanlıqlarla təchiz olunub. Burada videokonfransların keçirilməsinə, elektron sənəd dövriyyəsi və məhkəmə işlərini idarə olunmasına xidmət edən “Femida” sistemi quraşdırılıb. Binada həmçinin konfrans zalı, 4 məhkəmə zalı, arxiv, müvəqqəti saxlama kameraları və digər inzibati otaqlar var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR