Türkiyənin Şırnaq vilayətində gərginlik davam edir, 5-i polis olmaqla 8 nəfər ölüb

Türkiyənin Şırnaq vilayətində gərginlik davam edir,  5-i polis olmaqla 8 nəfər ölüb
# 10 avqust 2015 12:02 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Şırnaq vilayətinin Silopi rayonunda PKK terrorçularının yola basdırdığı minanın partlaması nəticəsində daha 4 polis şəhid olub.

APA-nın xəbərinə görə, onlar bir polisin və 3 mülki şəxsin ölümü ilə nəticələnən hadisələrə müdaxilə etmək üçün əraziyə gedirmiş. İçində polis əməkdaşlarının olduğu zirehli avtomobil minaya düşüb.

Bölgədə irimiqyaslı əməliyyata başlanılıb. Hazırda atışma davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR