Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
# 02 noyabr 2015 09:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyi, Təhlükəsiz Şəhər Xidməti, Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi, Suraxanı rayon Cinayət-Axtarış Şöbəsi, 33-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 1-nə keçən gecə Yeni Günəşli qəsəbəsində yaşayan Esmira Cəfərovaya məxsus «Hyundai» markalı avtomobildən şüşəni sındırmaqla müşahidə kamerası, avtomobilin texniki pasportu, sürücülük və şəxsiyyət vəsiqələri oğurlamaqda, Samir Ağayevə məxsus «BMW» markalı avtomobildən, şüşəni sındırmaqla oğurluğa cəhddə şübhələ bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Emil Miriyev idarə etdiyi «Runna» markalı avtomobildə saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 11 qramdan artıq qurudulmuş marixuana götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, o, oktyabrın 29-na keçən gecə Yeni Günəşli qəsəbəsində yaşayan İlkin Yusubova məxsus «Chevrolet-Cruze», Ramil Əliyevə məxsus «Mercedes», Bahadur Beydiyevə məxsus «Niva», Rafiq Kərimova məxsus «Mercedes» markalı avtomobillərdən, şüşəni sındırmaqla mobil telefon, pul, səsgücləndirici, maqnitafon və digər əşyalar oğurlayıb. Rizvan Həsənova məxsus «Toyota-Prado» markalı avtomobildən isə, şüşəni sındırmaqla oğurluğa cəhd edib.

Nərimanov rayon 17-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə oktyabrın 27-də A.Nemətulla küçəsində Bakı şəhər sakini Leyla Əlimuradovaya məxsus «Nissan-Juke» markalı avtomobildən, şüşəsi sındırılmaqla əl çantası oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Natiq Kərimli və Anar Məcidov tutulub.

Faktlarla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR