Moskvada yaşayan azərbaycanlı rejissorun sənədli filmi beynəlxalq festivalda nümayiş olunacaq

Moskvada yaşayan azərbaycanlı rejissorun sənədli filmi beynəlxalq festivalda nümayiş olunacaq
# 28 mart 2013 10:08 (UTC +04:00)

Bakı. Aygül Rzayeva - APA. Moskvada yaşayan azərbaycanlı rejissor Rodion İsmayılovun “Mənim doğmalarım” adlı sənədli filmi İsveçrədə “Visions du Réel” beynəlxalq sənədli filmlər festivalında nümayiş olunacaq.

“Ritm production” kino şirkətinin direktoru Xaqani Həşimovun APA-ya verdiyi məlumata görə, festival aprelin 19-26 İsveçrənin Non şəhərində keçiriləcək.

Filmin qəhrəmanı Lolitanın anası rus, atası isə azərbaycanlıdır. 10 yaşlı Lolita atasının valideynləri, doğmaları ilə tanış olmaq üçün ilk dəfə olaraq Azərbaycana gəlir. Burada gördükləri, doğmalarının münasibəti, adət-ənənələr, gözəl təbiət onun xatirəsində unudulmaz izlər buraxır.

Qeyd edək ki, film Azərbaycan və Rusiya Mədəniyyət nazirliklərinin dəstəyi ilə “SİNEMA EVİ” (Azərbaycan) və "DS FİLM" (Rusiya) şirkətləri tərəfindən Tovuz rayonunun Köhnəqala kəndində çəkilib. Filmin rejissoru Rodion İsmayılov, operator Mixail Qorobçuk, bəstəkar Vladimir Kuptsov, montaj edən Svetlana Lyadvina, prodüserlər Rodion İsmayılov, Svetlana Dalskaya, Elçin Musaoğlu, Xaqani Həşimovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR