Xaçmazda 26 yaşlı gənc göldə batıb

Xaçmazda 26 yaşlı gənc göldə batıb
# 03 aprel 2013 20:08 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün axşam saatlarında Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Xaçmaz rayon Padar kənd sakini rayonun Zərkərli kəndi ərazisində yerləşən göldə batıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Axtarışlar hələ ki nəticə verməyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR