“Gürcüstanın Vahid Siyasi Birliyi” Partiyasının lideri: “Xocalı soyqırımı ermənilərin vəhşilik, vandalizm hərəkətlərinin nəticəsi olaraq tarixə yazılıb”

“Gürcüstanın Vahid Siyasi Birliyi” Partiyasının lideri: “Xocalı soyqırımı ermənilərin vəhşilik, vandalizm hərəkətlərinin nəticəsi olaraq tarixə yazılıb”
# 22 fevral 2013 16:29 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtındakı “Qafqaz Evi”ndə Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, tədbirdə “Gürcüstan Azərbaycanlılarının Milli Konqresi” qeyri-hökumət təşkilatının sədri, “Gürcü Arzusu”nun Siyasi Şurasının üzvü Əli Babayev Xocalı soyqırımı haqqında iştirakçılara ətraflı məlumat verib. Sonra Gürcüstan parlamentinin keçmiş deputatı İsaq Novruzov, tarix elmləri doktoru Quram Marxuliya, “Gürcüstanın Vahid Siyasi Birliyi” Partiyasının lideri Avtandil Marqiani, M. F. Axundov adına Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva və başqaları çıxış ediblər.

Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən “Xocalı - bir şəhərin faciəsi” adlı film nümayiş etdirilib və soyqırıma aid foto-şəkillər nümayiş olunub.

“Gürcüstanın Vahid Siyasi Birliyi” Partiyasının lideri, Gürcüstan Kommunist Partiyasının keçmiş I katibi Avtandil Marqiani Xocalı soyqırımının ermənilərin vəhşilik, vandalizm hərəkətlərinin nəticəsi olduğunu bildirib: “Mən Xocalı soyqırımı haqqında çox faktlar bilirəm. Məni 12 il azərbaycanlılar tərbiyə edib. Mənim azərbaycanlılarla ünsiyyətim çox olub. Azərbaycanlılar həmişə haqlıdır. Mən bu xalqı öz xalqım kimi sevirəm. Biz qardaşıq. Azərbaycan xalqı heç zaman, heç vaxt və heç yerdə başqasının qarşısında əyilməyib. Bu xalq Allahın yer üzünə göndərdiyi xoşməramlı xalqdır. Xocalı soyqırımı ermənilərin vəhşilik, vandalizm hərəkətlərinin nəticəsi olaraq tarixə yazılıb”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR