Əmisi oğlunu baltalayan şəxsin məhkəməsi başlayıb

Əmisi oğlunu baltalayan şəxsin məhkəməsi başlayıb
# 26 may 2015 12:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Əlisamit Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə iyunun 3-nə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl həbsdən çıxan 41 yaşlı Əliağa Dostməmmədov əmisinin evinə elçi göndərərək onun qızı ilə evlənmək istəyib. Lakin ailə bununla razı olmayıb. Bundan sonra qohumlar arasında mübahisə düşüb.

Qızın qardaşı, 51 yaşlı Əlisamit Zeynalov Əliağanın evinə gələrək pəncərədən içəri daxil olub. Əlisamit yatmış vəziyyətdə olan əmisi oğluna balta ilə bir neçə zərbə endirib. Əliağanı xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR