İtaliyanın Milli Tədqiqat Şurası ilə AMEA arasında elmi əməkdaşlıq üzrə müqavilə imzalanacaq

İtaliyanın Milli Tədqiqat Şurası ilə AMEA arasında elmi əməkdaşlıq üzrə müqavilə imzalanacaq
# 17 iyun 2016 09:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə İtaliyada elmi ezamiyyətdədir. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 17-dən 26-dək davam edəcək səfərin məqsədi İtaliyanın Milli Tədqiqat Şurası (MTŞ) ilə AMEA arasında elmi əməkdaşlıq üzrə müqavilənin yenilənməsidir. Müqavilədə hər iki qurum arasında birgə tədqiqat layihələrinin və seminarların keçirilməsi nəzərdə tutulur.


AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirovun daxil olduqları nümayəndə heyəti əvvəlcə Milan Bikokka Universitetində görüşlər keçirəcək, daha sonra MTŞ-nin Roma ofisində müqavilə imzalama mərasimində iştirak edəcək. Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin qurumlar arasında əməkdaşlığın perspektiv istiqamətlərdə inkişaf etdirilməsi barədə məruzəsi və son beş ildə birgə aparılan tədqiqatların hesabatı dinləniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR