Bank Of Baku

Yevlaxda arıçı yanıb

Yevlaxda arıçı yanıb
# 24 fevral 2019 16:38 (UTC +04:00)

Yevlax sakini yanıq xəsarəti alıb.

ONA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Yevlax rayonunda qeydə alınıb. Arıçılıqla məşğul olan, 83 yaşlı Əliqəmə Məmmədov arı yeşiklərinə tüstü verərkən yanıq xəsarətləri alıb. 

Ə.Məmmədov Gəncə şəhər Təcilli Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Ona sağ ayağın və baldır nahiyəsinin termiki yanğın diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR